“Heç kimin şəxsi həyatına müdaxilə etməmişəm, ədəbimi qorumuşam…”

“Xəstə olsam da, olmasam da daim Allaha şükür edirəm. Uzun illərdir ki, onkoloji xəstəlikdən əziyyət çəkirəm, bu günlərdə 55-ci “ximiya”mı aldım. Qaraciyərdəki törəmələri götürmək istəyirdilər, ağciyərdə də törəmə olduğu üçün əməliyyat etmədilər. Çünki orqanizmim buna hələ ki, tam hazır deyil”.

 

Bunu Moderator.az-a açıqlamasında aktrisa Tünzalə Əliyeva deyib. O, daha sonra əlavə edib.

“Dilarə xanım Əliyevanın rəhbərliyi ilə yeni serialımız olacaq. Hələ ki, adını açıqlamaq istəmirəm. Yeni bir obrazdır. Bundan əlavə “Söhbət var” verilişində də səhnəciklərlə çıxış edirəm. Bilirsiniz ki, həmin verilişdə müğənniləri parodiya edirəm. Müğənnilər məni əvvəldən çox istəyiblər. Mən də çalışmışam ki, heç bir müğənninin şəxsi həyatına müdaxilə etməyim. Ona görə də heç bir sənət dostumla problemim olmayıb. Ədəbimi qoruyan insanam, ən çətin yanlarımda onlar mənim yanımda olublar. Sentyabrın 8-də teatrda da işə başlayacam. Evdə həyat yoldaşım, qaynanam mənə kömək edir. Uşağıma baxır, ev işlərində yardımçı olur” deyə aktrisa bildirib.

 

Tünzalə Əliyeva xına mərasimlərinin olmamasından da şikayətlənib.

 

“Xınayaxdı mərasimlərinə daha getmirəm, çünki dəvət edən yoxdur. Xəstələnəndən sonra, bu 5 ildə 4-5 dəfə ya getmişəm, ya da ki, getməmişəm. Onlar da ya tanışlarım, ya da ki, məni arzulayan insanlar olub. Aktrisalar içində ilk xınaya gedən mən olmuşam. Baha da getmirəm. Əlbəttə ki, istərdim xınaya dəvət alım. Bu mənim maddiyatıma da kömək edər. Heç bir xına dekorasiyam da yoxdur, hamısını ləğv etmişəm” deyə sənətçi bildirib.

Mənbə

Share: