HƏMAS-ın İsrailə hücumları nəticəsində ölənlərin sayı 800 nəfərə çatıb

HƏMAS-ın hücumları nəticəsində ölən israillilərin sayı 800-ə çatıb, 2 400 nəfər yaralanıb.

 

Bu barədə İsrail KİV məlumat yayıb.

 

Münaqişənin qurbanları arasında İsrailin cənubunda keçirilən musiqi festivalının iştirakçıları da var.

 

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanır.

 

Mənbə

Share: