
İsrail Müdafiə Ordusu HƏMAS qruplaşmasının “komando”larının yerləşdiyi qərargahı məhv edib, daha bir yüksək vəzifəli şəxsini zərərsizləşdirib.
Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilib ki, bu silahlı dəstə oktyabrın 7-də İsrailin sərhədyanı bazalarına və dinc sakinlərinə kütləvi hücum edib.
Vurğulanıb ki, HƏMAS-ın “Rəfah” hərbi dəniz qüvvələrinin komandiri Əbu Şamla da oktyabrın 12-də gecə əməliyyatında zərərsizləşdirilib. Məlumata görə, onun evi hərbi dəniz qüvvələrinin silah anbarı kimi istifadə edilirmiş.