“HƏMAS məhv ediləcək, müqavimətin qalan ocaqları aradan götürüləcək, yeni rejim yaradılacaq”

“HƏMAS məhv ediləcək, müqavimətin qalan ocaqları aradan götürüləcək, yeni rejim yaradılacaq”

 

“HƏMAS düşünürdü ki, 7 oktyabr onun böyük qələbəsinin rəmzi günü olacaq. Lakin bu gün tarixə HƏMAS təşkilatının Yer üzündən silinməsi prosesinə başlanılan gün kimi düşəcək…”

 

“ABŞ-ın təsiri altında İsrail Qəzza bölgəsində yerüstü əməliyyatın keçirilməsi planlarında korrektələr edir…”

 

Qalant müharibənin üç mərhələli planını açıqlayıb

 

Müharibənin başlanmasından iki həftə sonra İsrailin siyasi rəhbərliyi ilk dəfə olaraq “Dəmir qılınclar” əməliyyatını formalaşdırıb və məqsədlərini müəyyən edib.

 

Moderator.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant Knessetin xarici işlər və təhlükəsizlik üzrə komissiyasının səyyar iclasında bəyan edib. Məlumatı “nashe.orbita.co.il” nəşri yayıb.

 

Nazir iclasda İsrailin HƏMAS ilə müharibəsinin davam etdirilməsi strategiyasını tədqim edib. İsrail Müdafiə Ordusunun strategiyasına görə, İsrail üç mərhələdən ibarət hərbi kampaniya planlaşdırıb.

 

“Oktyabrın 7-də baş verənlər regionda bir çox aspektlərdən yeni vəziyyət yaradıb, – Qalant deputatlara məlumat verib. – HƏMAS düşünürdü ki, bu, onun böyük qələbəsinin rəmzi günü olacaq. Lakin bu gün tarixə HƏMAS təşkilatının Yer üzündən silinməsi prosesinə başlanılan gün kimi düşəcək”.

 

“Hazırda biz atəş tətbiq etməklə fəal hərbi əməliyyatların aparıldığı birinci mərhələdəyik, – nazir izah edib. – Sonra HƏMAS-ı neytrallaşdırmaq və məhv etmək üçün manevr ediləcək. Bu, yaraqlılar və təşkilatın rəhbərliyinin aradan götürülməsi və terrorun infrastrukturuna maksimal zərər vurulmasından ibarət olacaq”.

 

“İkinci mərhələ aralıq mərhələsi olacaq, – Qalant davam edib. – Biz az intensivli döyüş əməliyyatlarını davam edəcəyik, diqqəti müqavimətim qalan ocaqlarının aradan götürülməsinə yönəldəcəyik”.

 

“Üçüncü addım Qəzza bölgəsində yeni təhlükəsizlik rejiminin yaradılması, bölgədə insanların həyatı üçün İsrailin məsuliyyətinin götürülməsi və İsrail vətəndaşları və anklav sakinləri üçün yeni təhlükəsizlik gerçəkliyinin yaradılması olacaq”, – o, sözlərinə yekun vurub.

 

Parlament komissiyasının rəhbəri Yuli Edelşteyn nazirə “görüş və sıx əməkdaşlıq üçün” minnətdarlıq edib və onun idarəsinə hərtərəfli yardım vəd edib.

 

“Biz İsrail Müdafiə Ordusuna, digər güc strikturlarına və Nazirlər Kabinetinə tam hərəkət sərbəstliyi verəcəyik, – Edelşteyn əmin edib. – Qələbə üçün lazım olan hər şey veriləcək. Eyni zamanda komissiya bizim düzgün istiqamətdə hərəkət edib-etmədiyimizi və müharibənin məqsədlərinə nail olub-olmadığımızı daima izləyəcək və yoxlayacağıq”.

 

Bundan öncə “Bloomberg” nəşri məlumat verib ki, ABŞ-ın təsiri altında İsrail Qəzza bölgəsində yerüstü əməlyyatın keçirilməsi üzrə planlarında korrektələr edir.

 

“İsrailin üç yüksək vəzifəli nümayəndəsi anonimlik şərtilə bəyan edib ki, ABŞ-ın HƏMAS-a qarşı müharibədə rolu və təsiri əvvəlkindən daha dərin və daha güclüdür”, – məlumatda deyilir.

 

Agentlik qeyd edir ki, indi Qəzza bölgəsində yerüstü əməliyyat daha gec başlaya və daha uzun müddət çəkə bilər və “ən gözlənilməz tərzdə inkişaf edə bilər”. Həmçinin potensial qurbanların sayını məhdudlaşdırmaq məqsədilə korrektələr edilir, çünki Qəzzada 2 milyon dinc sakin var.

Mənbə

Share: