HƏMAS Qəzzadakı vəziyyəti həll etmək üçün ağır silahları yerə qoymağa razılaşdı

HƏMAS Qəzzadakı vəziyyəti həll etmək üçün ağır silahları yerə qoymağa razılaşdı

Qəzza münaqişəsinin tərəfləri və vasitəçilər Fələstinin HƏMAS hərəkatını tərksilah etmək üçün ilkin addımlar barədə razılığa gəliblər.

Millətin Səsi.az xəbər verir ki, Həmasdan ağır silahların ələ keçirilməsinə yönəlmiş ilkin addımlar barədə razılıq əldə olunması haqda mənbələr bildiriblər. Onların sözlərinə görə, Fələstin qrupu ABŞ-a sülh prosesinin bir hissəsi olaraq Qəzzaya nəzarətdən imtina etməyə hazır olduğunu təsdiqləyib.

Əl-Ərəbiyyə mənbələrinin məlumatına görə, vasitəçi ölkələrin (Misir, Qətər və Türkiyə) ABŞ ilə apardıqları son məsləhətləşmələr Qəzzadakı vəziyyətin həlli üçün səylərin ikinci fazasına doğru irəliləyiş göstərib və əsas parametrləri yerində saxlayıb. Xüsusilə, tərəflər yaxın vaxtlarda Fələstin anklavında təhlükəsizliyi təmin edəcək beynəlxalq qüvvələrin formalaşdırılmasını bəyan etməyi planlaşdırır, İsrail isə Qəzzaya humanitar yardımın həcmini artırmaq öhdəliyini öz üzərinə götürüb.

”Axios” xəbər saytının məlumatına görə, Tramp dekabrın 25-dən əvvəl Qəzza sülh prosesinin ikinci mərhələsinin başlandığını elan etməyi planlaşdırır.İkinci mərhələdə İsrail qoşunlarının anklavdan çıxarılması, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi və Sülh Şurası da daxil olmaqla, Zolaqda inzibati institutların işə salınması nəzərdə tutulur.

Share: