“Heydər Əliyev İli” – Ulu Öndərin ən böyük arzusu gerçəkləşib

“Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ili “Heydər Əliyev İli” elan olunması vətənini sevən hər bir şəxsi sevindirib”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Onun sözlərinə görə, ümumimilli lider Heydər Əliyevin 100 illik yubileyinin tamam olacağını nəzərə alaraq 2023-cü ilin “Heydər Əliyev İli” adlandırılması xalqımızın arzuladığı bir qərardır:

 

“Heydər Əliyev bütün həyat fəaliyyətini xalqa həsr etmiş tarixi şəxsiyyətdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər bir dövrdə ölkəni tərəqqiyə və inkişafa aparıb. Bu gün qürurla yaşadığımız müstəqil Azərbaycan dövləti Heydər Əliyevin ideyaları üzərində qurulub və inkişaf edir. Heydər Əliyevin Azərbaycanla bağlı ən böyük arzusu torpaqların işğaldan azad olunması və köçkünlərin öz yurdlarına qayıtması idi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ulu Öndər Heydər Əliyevin siyasi-iqtisadi kursu uğurla davam etdirilərək Azərbaycanı qalib ölkəyə çevirib. Bu gün təbii ki, Heydər Əliyevin görmək istədiyi müstəqil, güclü və qalib Azərbaycan dövləti ərsəyə gəlib.Heydər Əliyevin çox şaxəli  irsi xalqımızın milli sərvətidir”.

 

“2023-cü ildə müəyyən olunacaq tədbirlər planına əsasən xalqımız ulu öndər – Azərbaycan dövləti mövzularında silsilə tədbirlər təşkil ediləcəkdir. Ulu Öndərin zəngin fəaliyyəti və çoxşaxəli irsi Heydər Əliyev ili çərçivəsində gənc nəsillərə daha dolğun şəkildə çatdırmaq imkanı yaranacaqdır”, – deyə A.Badamov vurğulayıb.

Mənbə

Share: