“Heydər Əliyevin dil siyasəti və ana dilinin müasir problemləri” mövzusunda konfrans keçiriləcək

İyulun 12-si saat 11:00-da AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Heydər Əliyevin dil siyasəti və ana dilinin müasir problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.

 

İnstitutdan Moderator.az-a bildirilib ki, tədbirdə “Heydər Əliyevin hakimiyyəti dönəmində dil haqqında qəbul olunan sərəncam və fərmanların tarixi əhəmiyyəti”, “Əbədiyaşar Ümummilli Liderimiz”, “Heydər Əliyevin uzaqgörən dövlətçilik, idarəçilik və dil siyasəti qələbəmizin təməlidir”, “Heydər Əliyev və dil quruculuğu”, “Heydər Əliyev və dil tariximiz”, “Heydər Əliyevin nitq və çıxışlarının İndoneziya və malay dillərinə tərcüməsi məsələləri” və “Heydər Əliyevin andiçmə nitqlərinin linqvostatistik və funksional təhlili” mövzularında məruzələr dinləniləcək.

 

Mənbə

Share: