Türkiyəli məşhur aktrisa Deniz Çakırın növbəti məhkəməsinin vaxtı müəyyənləşib.
Hicablı qadınları təhqir etməsi iddiası ilə haqqında istintaq başlayan aktrisa 8 oktyabrda yenidən hakim qarşısına çıxacaq.
Qeyd edək ki, Dəniz bir müddət öncə getdiyi bir kafedə 6 hicablı qadına yaxınlaşaraq “Nə gəzirsiniz burada? Səudiyyə Ərəbistanına gedin” sözlərini deyib. Sonradan onun yaxınları yayılan iddiaların yalan olduğu barədə açıqlama versə də, İstanbul Prokurorluğu Dəniz Çakırla bağlı istintaqa başlayıb./Redaktor.az