Hikmət Hacıyev bu ölkələrin nümayəndələri ilə görüşdü

 

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali və Baltikyanı ölkələrin (Şimali Baltik Səkkizliyi ölkələri, NB8) nümayəndələri ilə görüşüb.

Millətin Səsi.az xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.

“Bizim qlobal və regional məsələlər, eləcə də ikitərəfli gündəm üzrə çox səmərəli dialoqumuz oldu. Müxtəlif sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək üçün geniş imkanlar və qarşılıqlı maraq var”, – o bildirib.

Mənbə


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: