Ermənistanın silahlı qüvvələrinin Tərtərə raket hücumlarından sonra Bərdəyə raket zərbələri endirilib. Dünən mülki şəxslərin kasset silahlarla öldürülməsindən heç bir dərs çıxarılmayıb.
Milletinsesi.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.
“Ermənistan işğala və hərbi cinayətlərinə son qoymalıdır”, – o əlavə edib.