Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün NATO-nun Brüsseldəki mənzil-qərargahını ziyarət edəcək.
Millətin Səsi.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
Səfər zamanı onun NATO Baş katibinin müavini Mirça Coana ilə görüşəcəyi qeyd olunur.
***
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO baş katibinin müavini Mirça Coana ilə görüşüb.
Bu barədə təşkilatın mətbuat xidməti bildirib.
Tərəflər Azərbaycan – NATO əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.
***
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.
Bu barədə Oliver Varhelyi özünün Tvitterdəki hesabında bildirib.
Onun sözlərinə görə, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, Aİ-nin Qarabağa yardımı, COVID-19 pandemiyasından sonrakı iqtisadi bərpa, TAP kəmərinin potensialı müzakirə edilib.