Hikmət Hacıyev NATO-da normallaşma prosesini müzakirə etdi

NATO Müavinlər Komitəsi (DPRC) ilə Azərbaycan arasında ikitərəfli görüş yekunlaşıb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə Tvitter paylaşımında bildirib.

 

O qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müttəfiq ölkələrlə NATO-Azərbaycan tərəfdaşlığının hazırkı statusu və perpektivlərinə, Azərbaycanın kommunikasiya və enerji təhlükəsizliyində roluna, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması prosesinə dair məhsuldar fikir mübadiləsi aparıb.

Mənbə

Share: