Hikmət Hacıyev və Zakir Həsənov səs verdi

Hikmət Hacıyev və Zakir Həsənov səs verdi

Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.

 

Modern.az xəbər verir ki, dövlət və hökumət rəsmiləri də səsvermə hüququndan istifadə edib.

 

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 28 saylı seçki məntəqəsində səs verib (Foto oxu.az saytına məxsusdur).

 

 

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da səsvermədə iştirak edib.

 

1321684

Mənbə

Share: