Hindistan Ermənistana 6 ədəd “ATAGS” haubitsası verib, daha 84-nü verməyi planlaşdırır.
Bu barədə Indian Defence Research Wing saytı məlumat verib.
Yerli müdafiə şirkəti Bharat Forge-nin rəhbəri Babu Kalyani bildirib ki, 155 mm-lik haubitsalar avqust ayında təhvil verilib.
Müdafiə sazişi 3 il ərzində Ermənistana ümumi dəyəri 155 milyon dollardan çox olan 90 ATAGS haubitsasının tədarükünü nəzərdə tutur.
Qeyd olunur ki, Bharat Forge müqaviləni vaxtından əvvəl yerinə yetirməyi planlaşdırır.