Hindistan hökuməti ölkə ərazisində kriptovalyutaların qadağan edilməsi ilə bağlı qanun layihəsi hazırlayır.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, qanun layihəsi qəbul olunacağı təqdirdə Hindistan kriptovalyuta dövriyyəsini qanunsuz hesab edən ilk dövlət olacaq.
Qanun layihəsi kriptovalyuta sahiblərinə onu ləğv etmək üçün 6 ay möhlət verəcək. Bundan sonra cərimələr tətbiq olunmağa başlayacaq.
Qanunun Hindistan parlamentində tezliklə qəbul olunması gözlənilir.