Hindistan və ABŞ müdafiə sahəsində tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir

Hindistan və ABŞ ənənəvi sahələrdə, o cümlədən birgə təlimlər, həmçinin kosmos və süni intellekt kimi yeni sahələrdə müdafiə tərəfdaşlığını inkişaf etdirməyə sadiq olduqlarını bildiriblər.

Bu barədə Yeni Dehlidə “2+2” formatında nazirlərin dialoqu çərçivəsində keçirilən görüşün yekunlarına dair birgə bəyanatda bildirilib.

Nazirlər Amerikanın “General Electric (GE) Aerospace” şirkəti ilə Hindistanın Hindustan “Aeronautics Limited” şirkəti arasında GE F-414 reaktiv mühərriklərinin Hindistanda istehsalına dair kommersiya sazişi üzrə danışıqların başlanmasını yüksək qiymətləndiriblər.

Tərəflər həmçinin vurğulayıb ki, onlar yol xəritəsində müəyyən edilmiş prioritet sahələrdə sistemlərin inkişafı və istehsalı üçün Hindistan və Amerika şirkətlərindən əlavə təkliflər gözləyirlər.

Mənbə

Share: