Hindistan və Çin mübahisəli sərhədlərdə gərginliyin azaldılması üçün razılığa gəlib

Hindistan və Çin mübahisəli sərhədlərlə bağlı gərginliyin azaldılması istiqamətində birgə əməkdaşlıq üçün razılığa gəliblər.

“Reuters”in verdiyi xəbərə görə, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Hər iki ölkə situasiyanı çətinləşdirə biləcək və ya sərhəd bölgəsində vəziyyəti gərginləşdirəcək hər hansı bir addımın atılmamasının vacib olduğunu təsdiqləyib”, məlumatda qeyd olunub.

Qeyd edək ki, iki ölkənin Müdafiə nazirləri arasında görüş olub.

Share: