Hindistanın Kəşmir bölgəsində Pakistanla de-fakto sərhədi yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, yeraltı təkanların episentri təxminən 10 min nəfər əhalisi olan Qiqlit şəhərindən 70 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 25 kilometr dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Mənbə: TASS