
Moskvadan Hindistanın Qoa ştatına uçan “Azur Air” sərnişin təyyarəsi bomba təhlükəsi səbəbindən Özbəkistana yönləndirilib.
Modern.az xəbər verir ki, bu barədə Hindistanın Mülki Aviasiya Nazirliyi məlumat yayıb.
“AZV2463 reysi partlayış təhlükəsi ilə üzləşməsi səbəbindən Özbəkistana yönləndirilib”, – məlumatda deyilir.