Hindistanın Telangana şəhərində vergi məmuru bir qadın torpaq mübahisəsi ilə bağlı ofisinə gələn adam tərəfindən yandırılıb.
Milletinsesi.az oxu.az-a istinadən xəbər verir ki, vergi məmurunun üzərinə və otağına benzin tökərək od vuran kişi daha sonra qapını içəridən bağlayaraq bir müddət gözləyib.
Qadının qışqırıqlarına gələn işçilər qapını açmağa çalışsalar da, bacarmayıblar. Bir az sonra qatil qapını açaraq bədənində yanıq xəsarətləri ilə qaçıb.
Cinayətkar polis tərəfindən yaxalanıb, lakin ağır yaralı olduğundan xəstəxanaya yerləşdirilib.