
Hindistanın şərqindəki Bihar əyalətinin Çhapra şəhərində saxta spirtli içkilərdən zəhərlənmə nəticəsində ölənlərin sayı 71-ə çatıb.
Bu barədə “India TV News” məlumat yayıb.
Daha əvvəl 50-yə yaxın qurbanın olduğu bildirilirdi.
Telekanalın məlumatına görə, təkcə son 24 saat ərzində 17 nəfər saxta spirtli içkinin qəbulu nəticəsində dünyasını dəyişib. Amma yerli sakinlər sosial şəbəkələrdə yüzdən çox insanın öldüyü haqda məlumat verirlər.
Faciə nəticəsində onlarla insanın vəziyyəti ağırlaşıb, bir çoxunun görmə qabiliyyəti itib. Onların əksəriyyəti Doyla kəndində yaşayır. Polis bütün ştatda reydlər keçirib və saxta içki satan 126 şəxsi həbs edib.