Hindistanın baş diplomatı Rusiyaya səfər edəcək

Hindistanın baş diplomatı Rusiyaya səfər edəcək

Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar Rusiyaya qarşıdakı səfəri zamanı Yeni Dehli və Moskva arasında strateji tərəfdaşlığın gücləndirilməsi yollarını müzakirə edəcək.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Səfər Hindistan-Rusiya arasında uzunmüddətli və zamanın sınağından çıxmış Xüsusi və İmtiyazlı Strateji Tərəfdaşlığı daha da gücləndirmək məqsədi daşıyır.

Nazirlikdən verilən məlumata görə, Cayşankar Rusiya baş nazirinin birinci müavini Denis Manturovun dəvəti ilə avqustun 19-21-də Rusiyaya rəsmi səfər edəcək. Avqustun 20-nə planlaşdırılan ticarət, iqtisadi, elmi, texnoloji və mədəni əməkdaşlıq üzrə Hindistan-Rusiya Hökumətlərarası Komissiyanın 26-cı Sessiyasına hər iki şəxs həmsədrlik edəcək.

Hindistanın yüksək səviyyəli diplomatı “Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla da görüşəcək və ikitərəfli gündəliyi nəzərdən keçirəcək və regional və qlobal məsələlərə dair perspektivləri bölüşəcək”, nazirlik əlavə edib.

Share: