““Hizbullah” və “HƏMAS”-ın sponsorları arasında ziddiyyət və münaqişələr var…”

““Hizbullah” və “HƏMAS”-ın sponsorları arasında ziddiyyət və münaqişələr var…”

“Hizbullah” əgər döyüşlərin qızğın vaxtında İsraillə savaşa qoşulmadısa, indi bunu etməsi heç ağlabatan deyil…”

 

Beynəlxalq məsələlər üzrə tədqiqatçı-alim Elxan Mehdiyevlə Moderator.az üçün qısa telefon söhbətində “HƏMAS”-İsrail savaşından danışdıq.

 

-Elxan bəy,  “HƏMAS”-ın terror təşkilatı olmaması haqda fikirlərə münasibətiniz necədir?

 

-Belə fikirlərə münasibətim mənfidir. Əgər “HƏMAS” qüvvələri bir gecə içində evində yaşayan, müsiqi festivalında şənlənən 1200-ə qədər yerli əhalini qəddarlıqla öldürürsə, bu, terror deyil bes nədir? Bizim 30 ildir Xocalı yarası ilə ürəyimiz dağlanır. Xocalıda bir gecədə 763 nəfər öldürüldü, İsraildə də 1200… Özünüz baxın, “HƏMAS” yarandığı ilk vaxtlar xidmət təşkilatı kimi fəaliyyət göstərirdi, sonralar siyasi və hərbi qanadları yarandı və qarşılıqlı qəddarlıqlar hərbi qanadın üstünlük təşkil etməsinə gətirdi. İndi “HƏMAS” lideri Yahya Sinvar heç siyasi qanadla da hesablaşmır və sərbəst hərəkət edir. O, bütün bu işlərə də özü rəhbərlik edib və edir. Onun statusu indi tam fərqlidir…

 

-Ümumiyyətlə, “HƏMAS”-İsrail savaşının sonunu necə görürsüz?

 

-“HƏMAS”-ın hərbi qanadı çolaq halına salınacaq və onun əvvəlki kimi hərəkət etməsi mümkün olmayacaq. Hərbi infrastrukturu dağıdılacaq. Hər şey Qəzzada yaradılacaq mülki hakimiyyət və ya idarəçilikdən asılı olacaq. İsrail də bundan asılı olaraq hərəkət edəcək. Çox güman ki, yaxın gələcək üçün bölgədə xüsusi təhlükəsizlik statusunu öz əlində saxlayacaq…

 

-Bəs əgər “Hizbullah” da genişmiqyaslı şəkildə İsrailə qarşı savaşa qoşularsa, nələr baş verər?

 

-“Hizbullah”ın bu hərəkata qoşulması ehtimalı indi minimumdadır. Onlara Livan mərkəzi hökümətindən də böyük basqı vardır. İkincisi, “Hizbullah” əgər döyüşlərin qızğın vaxtında İsraillə savaşa qoşulmadısa, indi bunu etməsi heç ağlabatan deyil. Üçüncüsü, burada çox sayda amillər var. “Hizbullah” və “HƏMAS” heç də vahid qüvvə deyil və bir biri ilə, eləcə də onların sponsorları arasında geniş fikir ayrılıqları və münaqişələr var. Dördüncüsü, onlar müdaxilə edərsə, yalnız İsrail ilə deyil, Aralıq dənizində gözləyən ABŞ və Böyük Britaniya qüvvələrinin bombardmanları ilə də üzləşəcəklər..

 

Sultan Laçın

Mənbə

Share: