
“Hizbullah” tərəfindən bu silahdan hərbi gəmilərə qarşı istifadə edilməsi münaqişənin regional müharibəyə çevrildiyi demək olacaq…”
İranın dəstəklədiyi “Hizbullah” radikal qruplaşmasının silahlanmasında Rusiyanın Amerikanın hərbi gəmilərinə qarşı istifadə edilə biləcək gəmiəleyhinə “Yaxont” (“Oniks” 800-lərin ixrac variantı) raketləri var.
Moderator.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Reuters” beynəlxalq agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, “Hizbullah”ın lideri Səid Həsən Nəsrulla ötən həftə Vaşinqtona xəbərdarlıq edib ki, qruplaşma HƏMAS-ın İsrailə hücumundan sonra regionda yerləşdirilən “Amerika gəmilərinə qarşı nəyəsə” malikdir.
Nəsrulla bəyan edib ki, ABŞ-ın Aralıq dənizindəki hərbi gəmiləri “bizi qorxutmur və qorxutmayacaq”.
“Biz bizi təhdid etdiyiniz donanmalara hazırlaşmışıq”, – o, deyib.
Livanın iki məlumatlı mənbəsi “Reuters” agentliyinə izah edib ki, ehtimal ki, o, “Hizbullah”ın o cümlədən Rusiya istehsalı olan və 300 km-dək təsir radiusuna malik “Yaxont” raketlərinin köməyilə xeyli gücləndirilmiş gəmiəleyhinə potensialını nəzərdə tutub.
ABŞ bəyan edir ki, onların Aralıq dənizində iki təyyarə daşıyan gəmi, sualtı qayıq və dəstək gəmiləri daxil olan hərbi-dəniz qüvvələri regionda HƏMAS, “Hizbullah” və “İslami-Cihad” kimi qruplaşmalarına dəstək verən İranı çəkindirmək yolu ilə münaqişənin yayılmasının qarşısını almaq üçün yerləşdirilib.
Qeyd edilir ki, “Hizbullah” Suriyada 10 il öncə prezident Bəşər Əsədə vətəndaş müharibəsinin aparılmasında kömək üçün qruplaşma qüvvələri yerləşdirildikdən sonra “Yaxont” raketləri əldə edə bilərdi.
Suriya ordusu çoxdandır ki, Rusiyanın köməyilə silahlandırılır. Moskva 2010-cu ildə Dəməşqə “Yaxont” variantı daxil olmaqla gəmiəleyhinə qanadlı raketlərin göndərilməsi haqqında saziş imzalayıb.
Mənbələrdən biri məlumat verib ki, “Hizbullah”ın 2006-cı ildən, qruplaşmanın ilk dəfə olaraq Aralıq dənizində İsrailin hərbi gəmisinə zərbə endirməklə dənizdə gəmini məhv edə biləcəyini nümayiş etdirdikdən sonra, gəmiəleyhinə imkanları xeyli artıb.
“Yaxont” da var, əlbəttə, başqa şeylər də var”, – mənbə deyib, detallarını dəqiqləşdirməyib.
O, əlavə edib ki, “Hizbullah” tərəfindən bu silahdan hərbi gəmilərə qarşı istifadə edilməsi münaqişənin böyük regional müharibəyə çevrildiyi demək olacaq.
ABŞ-ın üç indiki və bir sabiq məmuru həmçinin deyib ki, “Hizbullah” “gəmiəleyhinə raketlər daxil olmaqla heyrət doğuracaq silah ehtiyatı” yaradıb.
“Əlbəttə, biz buna böyük diqqət yetiririk və onların imkanlarına ciddi yanaşırıq”, – məmurlardan biri deyir.
ABŞ rəsmi şəxsləri əlavə edib ki, bu yaxınlarda ABŞ-ın regionda yerləşdirilmiş hərbi-dəniz qüvvələri yaxınlaşan raketlərdən müdafiə vasitələrinə malikdir.
“Hizbullah”a yaxın Livan politoloqu Nəsir Kandil deyib ki, qruplaşmanın arsenalında olan “Yaxont” raketləri ABŞ hərbi gəmilərinə qarşı istifadə edilə bilər.
O, “Hizbullah”ın Suriyada vətəndaş müharibəsinin gedişini Əsədin xeyrinə dəyişməyə kömək etdiyi müharibədə istifadə edildiyinə görə raketi “özünün başlıca mükafatı” adlandırıb.