Moderator.az xəbər verir ki, Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyində Beniluks Azərbaycanlilar Kongresinin nümayəndələrinin iştirakı ilə 12 sentyabr təxribatı zamanı həlak olan şəhdilərimizlə bağlı anım tədbiri keçirilib. Tədbir zamanı Azərbaycan dövləti ilə həmrəylik nümayiş olunub, erməni təxribatı sərt şəkildə qınanılıb. Vurğulanıb ki, Ermənistanın bu kimi təxribatları Cənubi Qafqaz regionunda sülh və sabitlik üçün əsas təhlükə mənbəyi olara qalır.
Tədbirdə Türk-İslam Kültür Vəfinin başkanı, Beniluks Azərbaycanlilar Kongresinin sədri və üzvləri, Ondörd Məsunlar Camisinin imamı, Əhlibeyt Camisinin imamı və digər Azərbaycansevərlər qatılıb.
Sonda bir daha şəhidlərin ruhuna dualar oxunub, ehsan verilib.
Seymur ƏLİYEV