Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir.
Millətin Səsi.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə daha 21 ailə (79 nəfər) köçürülüb.
Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


