“Ermənistan Azərbaycan və Türkiyənin uzatdığı sülh əlini tutmalıdır”.
Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan və Gürcüstandan olan həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Bu gün Cənubi Qafqazla bağlı vəziyyəti müzakirə etdik. Əməkdaşlığın dərinləşdirilməsinə böyük ehtiyac var”, – Akar qeyd edib.
Nazir onu da bildirib ki, sülhlə bağlı Ermənistan addımlar atmalıdır.