
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov uzun müddətdir sosial şəbəkədən uzaqlaşıb.
Milletinsesi.az xəbər verir ki, bloger 2 aya yaxındır ki, heç bir hekayə və post yayımlamır. Eyni zamanda teleqram kanallında da paylaşımlarına son qoyub. İzləyiciləri isə onun köhnə postları altında harada olması ilə bağlı suallar ünvanlayıb.
Qeyd edək ki, bloger 2019-2021-ci illəri əhatə edən dövrdə vergi ödəməməkdə, eləcə də cinayət yolu ilə əldə olunan külli-miqdarda vəsaitin leqallaşdırılmasında təqsirləndirilir. Moskva məhkəməsi 170 milyon rublu vergidən yayındırmaqda təqsirləndirilən azərbaycanlı bloqer Hüseyn Həsənovun barəsində çıxarılan qiyabi həbs qərarını qanuni hesab edib. Hüseynin apellyasiya şikayəti təmin olunmayıb.
Bildirilir ki, Əgər onun təqsiri sübut olunarsa, blogeri 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Avqustun 20-də vergi xidməti Hüseynin “Banda” MMC şirkətini də ləğv edib.
Hüseyn uzun müddətdir Rusiyadan köçüb və Azərbaycanda yaşayırdı. Rusiya tərəfindən axtarışa verilən Hüseyn son vaxtlar Türkiyə və Birləşmiş Ərəb Əmirliyinə səyahət etmişdi. Axşam.az