Husilər Səudiyyə Ərəbistanının cənubundakı Nəcran vilayətində yerləşən hərbi qərargaha ballistik raket zərbəsi endirdiklərini açıqlayıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə husilərin sözçüsü Yəhya Səri danışıb.
Məlumata görə, Racula bölgəsindəki qərargah “Bədr F” tipli raketlə vurulub. Hücum nəticəsində Səudiyyə əsgərləri və Yəmən ordusundakı muzdlu döyüşçülər arasında ağır itki qeydə alınıb, çoxlu sayda yaralının olduğu bildirilib.
Sərinin sözlərinə əsasən hücum Səudiyyə və Yəmən qoşunlarının sərhəd bölgəsində əməliyyat hazırlıqlarına dair kəşfiyyat məlumatlarının daxil olmasından sonra təşkil edilib.
Qeyd edək ki, ötən həftə də husi qiyamçıları Səudiyyə Ərəbistanının Nəcranda yerləşən hərbi kazarmasını ballistik raketlə vurmuşdu.