Misirin eks-prezidenti Hüsnü Mübarək 91 yaşında vəfat edib.
Milletinsesi.az xəbər verir ki, bu məlumatı “Skay Nyus Arabia” öz mənbələrinə istinadən yayıb.
Qeyd edək ki, Mübarək 2011-ci ildə ərəb baharı zamanı devrilib. O, 1975-1981-ci illərdə Misirin vitse-prezidenti, 1981-2011-ci illərdə isə prezidenti olub.