Hyundai və Kia 570 min avtomobili geri çağırdı

Hyundai və Kia 570 min avtomobili geri çağırdı

Cənubi Koreyanın Hyundai şirkəti və onun törəməsi olan Kia qısaqapanma təhlükəsi səbəbindən ABŞ-də satılan 570 mindən çox avtomobili geri çağırıb.

 

Modern.az xəbər verir ki, qüsur 2022 və 2023-cü illər istehsalı olan Hyundai Santa Cruz, 2019-2023-cü illər istehsalı olan Hyundai Santa Fe, 2021-2023-cü illər istehsalı olan Hyundai Santa Fe Hybrid, 2022-2023-cü illər istehsalı olan Hyundai Santa Fe Plug-in Hybrid və Kia Carnival modellərində aşkar edilib.

 

Cənubi Koreya şirkətləri bu modellərin sahiblərinə onları qapalı yerlərdə park etməməyi tövsiyə ediblər.

Mənbə

Share: