İblisin nəslindən olan mömin cin

Müqəddəs Quranda şeytanın övladları və ya valideynləri haqqında bir söz deyilməmişdir. Lakin bəzi hədislərdən onun haqqında müəyyən qədər də olsa, məlumat əldə etmək olar.

Muhəmməd ibni Həsən ibni Fərux Peyğəmbərin (s) zamanından nəql olunan hədisi bəyan etmişdir ki, onu İmam Həsən Əsgəridən (ə) eşitmişdir.

Boyu xurma ağacı hündürlüyündə olan bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir. Həzrətə (s) salam verir və Həzrət (s) ona salam verir.

Bu zaman Peyğəmbər (s) buyurur: “Cinlər kimi danışırsan. Ey Allah bəndəsi, sən kimsən?”.

Cavab verir: “Mən Ham ibni Him ibni Laqis ibni İblisəm”.

Həzrət (s) buyurur: “Səninlə İblis arasında ən azı iki ata fasilə vardır. Sənin başına nələr gəlmişdir?”.

Deyir: “Ruzigarımı yersiz yerə keçirirdim, məgər kiçik bir hissəsini. O gün ki, Qabil Habili öldürür, yeniyetmə idim ki, danışa bilirdim.

Allahdan xəbərim yox idi və insanlar arasında gəzir və onları qohumluq əlaqələrini kəsməsinə təşviq edirdim”.

Həzrət (s) buyurur: “Necə də pis yoldur ki, yaşlı vaxtı düşünməyə əyləşirsən. Cavan zamanı isə gününü arzu və xəyal qurmaqla keçirirsən”.

O cin deyir: “Mən tövbə etmişəm”.

Buyurur: “Kimin əli ilə?”.

Deyir: “Nuhun (ə) əli ilə. O zaman ki, gəmidə Nuh (ə) ilə birlikdə idim, onu qövmü barəsində etdiyi duaya görə qınadım. O, ağlamağa başladı və məni də ağlatdı.

Ondan sonra Hud (ə) ilə məsciddə idim. Onu da qövmü barəsində etdiyi duaya görə məzəmmət etdim. İlyas ilə qumluqda olduğum kimi.

İbrahimi (ə) qövmü hiylə işlətdiyinə görə onu atəşə atırlar. Mən atəşlə mancanaq arasında idim. Allah həmin atəşi onun üçün soyuq etdi.

Yusiflə (ə) o zaman idim ki, qardaşları həsəd apararaq onu quyuya atmışdılar. Mən onu quyunun dərinliklərinə apardım və ona yemək verdim. Onunla bir rəfiq kimi rəftar etdim. Zindanda olanda da onun yar və munisi oldum.

Mən Musa (ə) ilə birlikdə idim. O Həzrət (ə), Tövratın (ə) bir hissəsini mənə öyrətmişdir. Mənə demişdi ki, əgər İsanın (ə) dövründə sağ olsan, mənim salamımı ona çatdır.

Mən də İsa (ə) ilə görüşdüm. Musanın (ə) salamını ona çatdırdım, o, da İncilin bir hissəsini mənə öyrətdi və buyurdu: “Əgər Muhəmmədin (s) dövründə olsan, mənim salamımı ona çatdır. Ona görə ey Rəsulallah! İsa (ə) sənə salam göndərmişdir”.

Həzrət (s) buyurur: “Allahın salamı olsun İsaya (ə)! Ham, sənə də salam olsun. Onların salamını mənə çatdırdın. Əgər hacətin vardırsa, de”.

Ham deyir: “İstəyim budur ki, Allah səni ümmətin üçün qorusun. Onları sənin üçün saleh etsin. Səndən sonra vəsinə mətanət versin. Çünki, keçmiş ümmətlər İlahi vəsilərə itaətsizlik etdikləri üçün həlak olmuşdular.

Ey Allahın Rəsulu! İstəyirəm ki, Qurandan mənə elə bir dua təlim verəsən ki, namazımda oxuyum”.

Həzrət Peyğəmbər (s) Həzrət Əliyə (ə) buyurur: “Ona öyrət və onunla mehriban ol”.

Ham deyir: “Ey Allahın Rəsulu! Bu kimdir ki, məni ona tapşırırsan? Biz cinlərə əmr olunmuşdur ki, peyğəmbər və onun vəsilərindən başqası ilə həmsöhbət olmayaq”.

Həzrət (s) buyurur: “Ey Ham! Kitabda Adəmin (ə) vəsisi kim idi?”.

– Adəmin övladı Şəys.

– Nuhun canişini kim idi?

– Sam ibni Nuh.

– Hudun canişini kim idi?

– Yuhna ibni Hənan.

– İbrahimin canişini kim idi?

– İsmayil və İsmayilin canişini İshaq idi.

– Musanın canişini kim idi?

– Yuşə ibni Nun.

– İsanın canişini kim idi?

– Şəmun ibni Həmun Səfa.

– Nəyə görə bunlar peyğəmbərlərin canişinləridir?

– Çünki dünyada ən zahid insan olmuşdular.

– Kitabda Muhəmmədin (s) canişini kim idi?

– Tövratda adı İliyasdır.

Həzrət (s) buyurur: “Bu, İliyasdır. Əli (ə) – mənim canişinim və qardaşımdır. O, dünyada ən zahid insandır”.

Ham Həzrət Əliyə (ə) salam verir və deyir: “Ey Allahın Rəsulu! Başqa adı da vardırmı?”.

Buyurur: “Bəli, Heydər”.

İmam Əli (ə) ona Qurandan surələr öyrətdi.

Bir qədər keçəndən sonra Ham yenə Peyğəmbərin (s) xidmətinə gəldi və Həzrətə (s) salam verdi. Xudahafizləşdi və getdi.

Həzrət (s) artıq onu bir daha görmədi.

Share: