İbrahim Tatlısəsdən sürpriz “evlilik” siqnalı: “Çox uzaq deyil!”

Yaşadığı sevgi ilə illərdir tabloidlərin manşetində yer alan İbrahim Tatlısəs sosial media hesabından istədiyi vaxt evlənə biləcəyini açıqlayıb.

 

Moderator.az xəbər verir ki, şəxsi həyatı və açıqlamaları ilə gündəmdən düşməyən məşhur türkiyəli müğənni İbrahim Tatlısəs sosial media hesabından sürpriz şəkildə evlənə biləcəyini açıqlayıb. 

 

“İstənilən zaman evlilik təklifi edə bilərəm”

 

 

Hazırda əkiz gözləyən oğlu İdo Tatlısəslə 10-cu dəfə nəvə sahibi olmağa hazırlaşan 71 yaşlı İbrahim Tatlısəs X hesabında 3-cü dəfə evlənə biləcəyi siqnalını verib.

 

Tənhalıqdan bezən müğənni “Hər an sürpriz evlilik edə bilərəm, çox da uzaqda deyil.Yalnızlıq ancaq Allahındır, tək yaşamağı sevmirəm. Təbii ki, ətrafımda izdiham var, istəyirəm bir az başımı dinlədim”

 

İbrahim Tatlısəs övladlarının anaları Adalet Durak və Ayşegül Yıldızla nikah masasında olarkən Perihan Savaş, Derya Tuna və İşıl Çıtakla münasibətdə olub.  

 

İbrahim Tatlıses; İdo Tatlı, Melek Zübeyde Tatlı, Dilan Çıtak, Elif Ada Tatlı, Ahmet Tatlı, Gülden Tatlı, Gülşen Tatlı adlı 7 övladı var.

Mənbə

Share: