Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
38 yaşlı hücumçu “Hammarbü”nün İsveçdə çox hörmət edilən, fantastik bir klub olduğunu bildirib: “Həmişə bu klubu və fanatlarını bəyənmişəm. Komandanın son illər meydanda və kənarda gördüyü işlərə heyranam”.
Maraqlıdır ki, yüksək liqada çıxış edən “Hammarbü” Zlatanın yetişdiyi, ona dogma olan “Malmö”nün əzəli rəqibidir.
Qeyd edək ki, ABŞ-ın “Los-Anceles Qelaksi” klubu ilə ilin sonunda müqaviləsi başa çatacaq İbrahimoviçin karyerasını harada davam etdirəcəyi hələlik bilinmir.