İçərisində külli miqdarda pul olan seyfi oğurlayan dəstə tutulub

İçərisində külli miqdarda pul olan seyfi oğurlayan dəstə tutulub

Paytaxtda içərisində külli miqdarda pul olan seyf oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, sentyabrın 23-də Səbail rayonu ərazisindəki evlərin birindən içərisində 1800 ABŞ dolları olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri C.Cəbiyev, K.Nəcəfov və S.Atakişiyeva Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Share: