Mayın 4-də, saat 10:00-da “Əmlak Hərrac Mərkəzi” MMC-də İcbari Sığorta Bürosuna (İSB) məxsus daşınar əmlak yenidən təkrar hərraca çıxarılacaq.
Moderator.az bu barədə İSB-yə istinadən xəbər verir.
Məlumata görə, söhbət “Lexus GS250” markalı minik avtomobilindən gedir. Onun ilkin hərrac qiyməti 37 000 manat, təkrar hərrac qiyməti isə 33 300 manat təşkil edir. Bunun isə 5%-i, yəni 1 665 manat beh kimi hərrac sifarişçisinin, əlavə olaraq 500 manat iştirak haqqı isə hərrac təşkilatçısının hesabına ödənilməlidir. Ödənişlər hərracın təyin edildiyi tarixə bir iş günü qalana qədər həyata keçirilməlidir.
Hərracla bağlı daha ətraflı məlumatları aşağıdakı linkdən əldə etmək mümkündür:
//e-herrac.com/advertisement/neqliyyat/avtomobiller/tekrar-herracin-kecirilmesine-dair-725