“İcbari Tibbi Sığorta” tenderə 3 milyon ödəyəcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rentgen və digər diaqnostik vasitələrin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Millətin Səsi .az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Supplimed” MMC-dir.

Qalib şirkətə 3,018 milyon manat ödəniləcək.

 

Share: