Icra başçısı şəhid ailəsinin torpağını necə ələ keçirib… – Tərtərdən daha bir şikayət

1950-ci ildə Şuşa şəhərində  doğulmuş, hal –hazırda Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi mənzil 20, ev 4-də müvəqqəti yaşayan, Dadaşov Qəzənfər Kərəm oğlu Tərtər rayonunun rəhbərliyi tərəfindən şəhid ailəsi olmalarına baxmayaraq edilən haqsızlıqla bağlı ölkə rəhbərliyinə şikayət ərizəsilə müraciət edib. Həmin şikayətin bir nüsxəsini redaksiyamıza göndərən Qəzənfər Dadaşov məsələnin həm də ictimailəşməsini xahiş edib. Azinforum.az həmin şikayəti olduğu kimi təqdim edir:

Hörmətli cənab Prezident!

Yazıb Sizə bildirirəm ki, 1998-ci ildə Tərtər Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında  anam – Dadaşova Quba Məiş qızına və qohumum – Rəhimova Məxmər  Qənbər qızına Köçərli kəndində yerləşən bələdiyyənin ehtiyat fondundan  12 hektar əkin, 8 hektar örüş yeri  ayrılıb. Həmin torpaqda biz kənd təsərrüfatı işləri ilə məşğul olurduq.  Təəssüflər olsun ki,  rayon rəhbərliyi bizə öz işimizlə  məşğul olmağa imkan vermədi.  Bu haqda  dəfələrlə əlaqədar qurumlara müraciət etsək də, dərdimizə əlac edilmədi.  Bizə cavab verdilər ki, həmin ərazidə yerləşən məcburi köçkünlər oradan çıxandan sonra  torpaqdan istifadə edə bilərik.

İndi isə bizə məlum olur ki, bizim, yəni şəhid ailəsinin adına olan  torpağı məmurlar  qeyri-qanuni olaraq , vəzifə səlahiyyətindən istifadə edərək, əvvəlki tarixə öz doğmalarının adına sənədləşdiriblər.  Bu qanusuzluğu edən Köçəri kəndinin icra nümayəndəsi işləyən Mübariz Yunusovdur. Sözügedən məmur bu saxtakarlığı  uzun müddətli icarəyə götürmək adı ilə öz qardaşının həyat yoldaşının adına sənədləşdirib.  Həmin ərazidə yerləşdirilən məcburi köçkünlərə bu günə kimi  ev verilməyib. Bunu məqsədli şəkildə edirlər. Əvəzində icra başçısı ilə əlbir olan kənd icra nümayəndəsi  mənzilləri başqa adamlara verdirirlər. Necə olur ki, indiyə  qədər həmin ərazidə  tikilən 36 bina yalnız bizim yeri  zəbt edən qaçqınlara ev verilmir?

Çox xahiş edirəm ki, ölkəmizdə korrupsiya ilə geniş mübarizənin aparılması çərçivəsində Tərtərin icra başçısı Müstəqim Məmmədov və Mübariz Yunusovun iş birliyi nəticəsində pozulan hüquqlarımızın təmin olunmasında bizə yardımçı olasınız. Əvvəlcədən Sizə dərin minnətdarlığımızı bildiririk”.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Share: