Bakı şəhərində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun həyat yoldaşına məxsus restoran fəaliyyət göstərir.
32gun.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhəri, Səbail rayonu, Z. Əliyeva küçəsi ev 97 ünvanında yerləşən məhşur “D’lite Restaurant & Cafe” icra başçısının xanımına məxsus olduğu deyilən sözügedən restoran Niyazi Bayramovun oğlu fiziki şəxs Bəhram Bayramovun adına qeydiyyatdan keçirilib.