
Bir neçə gün əvvəl Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən məhkəməyə verilən 44 Günlük Vətən Müharibəsinin qazisi Ceyhun Ağayev dünən gecə saatlarında saxlanılıb.
Bu barədə Gununsesi.info-ya onun yaxınları deyib. Onun hansı səbəbdən saxlanıldığı bəlli deyil.
Onu da qeyd edək ki, icra başçısı veteranın Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 -ci (təhqir) maddəsi ilə cəzalandırılmasını istəyir.
Ceyhun Ağayev iddia edib ki, o, Suraxanı rayonunda qanunsuz tikintilərin inşası üçün rüşvət alınmasına qarşı çıxdığı, həmçinin Adil Əliyevin vətəndaş qəbulunda onunla mübahisə etdiyi üçün cəzalandırılır.
Qeyd edək ki, Ceyhun Ağayevin adı indiyədək bir neçə qalmaqallı olaylarda çəkilib.