23 avqust tarixdə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov
Oğuz rayonunda idman ictimaiyyəti, gənclər və yerli idarə və müəsisələrin əməkdaşları ilə görüş keçirib.
Moderator.az Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir ki, görüşün məqsədi Oğuz rayonunda gənclər və idman siyasəti işinin dahada yaxşılaşdırılması, perspektivlər və poblemlərin həlli yollarının müzakirəsi olub. Həmçinin, sektor və regional idarənin yerli qurumlarla birgə qarşılıqlı əməkdaşlığının daha da yaxşılaşdırılması ilə bağlı da ətraflı fikir mübadiləsi aparılıb.
Seymur ƏLİYEV