Ağdamın Novruzlu kəndində Mexaniki Suvarmalar Sistemi İdarəsinin rəisi Hafiz Əzimzadənin minaya düşdüyü ərazidə əlavə olaraq 3 ədəd Ermənistan istehsalı olan PMN – piyada əleyhine mina aşkarlanıb.
Milletinsesi.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin supervayzeri Xaliq Zülfüqarov deyib.
Onun sözlərinə görə, bundan başqa, rayon ərazisinə baxış keçirilən zaman 39 ədəd PMN aşkarlanıb. Həmçinin, 8 ədəd TM-62 P2 mina aşkarlanaraq zərərsizləşdirilib.
Agentliyin əməkdaşları hazırda təcili təxirəsalınmaz işlərini dəvam etdirir. Ağdam rayon ərazisində aşkar olunmuş 100-ə yaxın TM62 P2 tank əleyhinə minanın partlayış işləri aparılır.
Agentlik insanların işğaldan azad olunmuş ərazilərə keçməməsini xahiş edir, ərazinin son dərəcə təhlükəli olduğu bildirilir.