
Ağır atletika üzrə Avropa çempionatında iştirak edən Azərbaycan idmançıları Ermənistanı tərk ediblər.
Modern.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” agentliyi Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyana istinadən məlumat yayıb.
O bildirib ki, Azərbaycan idmançıları artıq Ermənistan sərhədini keçiblər.
Qeyd edək ki, ötən gün İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Bayrağı yandıran təxribatçının erməni dizayner Aram Nikolyan olduğu müəyyən edilib. O, polis tərəfindən saxlanılsa da, sonradan azadlığa buraxılıb.