“II qrupda hər bir abituriyentin qəbul olmaq şansı var” – DİM sədri

Bu il I ixtisas qrupu üzrə 16 419 plan yeri ayrılıb.

 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Məleykə Abbaszadə bildirib.

 

“Müsabiqədə iştirak etmək hüququ olanlar 19030 nəfərdir. İkinci qrupda isə 12 232 plan yeri var. Müsabiqə iştirakçılarının sayı isə 9804 nəfərdir. Bu o deməkdir ki, faktiki II qrupda hər bir şəxsin ali təhsil müəssisələrinə qəbul olmaq imkanı var.

 

Bununula deyə bilərik ki, bu il müsabiqəyə buraxılan abituriyentlərin sayı təxminən plan yerlərinin sayı qədərdir, lakin ixtisas qrupları üzrə ayrıca rəqəmlərə baxsaq, fərqli müsabiqə vəziyyətinin yarandığını görürük”,- Məleykə Abbaszadə vurğulayıb.

Mənbə

Share: