İki boksçumuz Avropa üçüncüsü oldu

İki boksçumuz Avropa üçüncüsü oldu

 

Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri baş tutub.

Milletinsesi.az xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

Ardıcıl 3 döyüşünü qələbə ilə başa vuran Elbrus Kərimli (54 kq) 1/2 finalda David Jiqjjavinlə (Ukrayna) üz-üzə gəlib. Rəqib qələbə qazandığından Azərbaycan təmsilçisi yarışı bürünc medalla başa vurub.

Qızların mübarizəsində isə İlkanə Əhmədova (+80 kq) Avropa birinciliyini 3-cü pillədə bitirib. Rumıniyalı Denisa Manu ilə döyüşdə uduzan boksçu bürünc medalla kifayətlənib.

Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyində final döyüşləri iyulun 30-da keçiriləcək.

Mənbə

Share: