İki oğlu şəhid olan ata vəfat etdi 

İki oğlu şəhid olan ata vəfat etdi 

Vətən müharibəsi şəhidləri Musa və Tural Həsənov qardaşlarının atası Tapdıq Həsənov vəfat edib.

 

Modern.az xəbər verir ki, T.Həsənov Mingəçevir şəhərində dünyasını dəyişib.

 

Qeyd edək ki, 2020-ci ildə 44 günlük müharibə zamanı Musa, bir neçə gün sonra isə Tural Suqovuşan istiqamətində şəhid olub.

 

Musanın iki qızı, qardaşı Turalın isə iki oğul övladı var. Hər iki qardaş Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən “Vətən uğrunda” medalın layiq görülüblər.

 

Mənbə

Share: