İki ölkə birgə hərbi təlimlərə BAŞLADI

İki ölkə birgə hərbi təlimlərə BAŞLADI

ABŞ və Cənubi Koreya Hərbi Hava Qüvvələrinin beş ildən sonra ilk böyük birgə təlimi başlayıb.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlərdə Cənubi Koreya Hərbi Hava Qüvvələrindən manevrlərdə F-35A qırıcıları, həmçinin F-15K və KF-16 təyyarələri də daxil olmaqla 140-a yaxın təyyarə iştirak edir.

 

ABŞ Hərbi Hava Qüvvələri Yaponiyanın Okinava adasında yerləşən F-35B qırıcıları və EA-18 elektron döyüş təyyarələri də daxil olmaqla 100 texnika ilə təmsil olunur.

 

Bundan əlavə, təlimlərdə Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus çoxməqsədli nəqliyyat tankeri KC-30A da iştirak edəcək.

Mənbə

Share: