Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə 06.09.2021-ci il tarixində Ağdaş rayonu ərazisindən keçən suvarma kanalında boğulan 2006-cı il təvəllüdlü Arifə Ceyhun qızı Niftəliyeva və 2008-ci il təvəllüdlü Fatimə Ədalət qızı Usubovanın axtarışlarının aparılması üçün müraciət daxil olub.
Bu barədə Milletinsesi.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Həyata keçirilən axtarış tədbirləri nəticəsində A.Niftəliyeva və Ə.Usubovanın meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.