İkinci dünya savaşında Belarusa dəyən ziyan 43 min ton qızıl və ya 2, 3 trilyon dollar təşkil edir…

İkinci dünya savaşında Belarusa dəyən ziyan 43 min ton qızıl və ya 2, 3 trilyon dollar təşkil edir…

“Bu, bəşər tarixində çıxarılan qızılın 23 faizinə ekvivalentdir…”

 

İkinci dünya savaşı zamanı Belarusa dəyən ziyan hesablanıb

 

Belarus Baş Prokurorluğu bəyan edib ki, İkinci dünya savaşında respublikaya vurulan ziyan 43 min ton qızıl və ya 2, 3 trilyon dollar təşkil edib.

 

Moderator.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun İdarə rəsinin müavini Dmitri Brılyov CTB telekanalının efirində danışıb.

 

O, qeyd edib ki, xüsusi hökumət komissiyası 2021-ci ilin oktyabrından işləyir və bu, “son rəqəm” deyil.

 

Yenidən hesablanma zamanı ötən əsrin 40-cı illərində hesablama ilə məşğul olmuş Fövqəladə Dövlət Komissiyasının hesabatı əsas götürülüb.

 

Əmlak üzrə Dövlət Komitəsinin qiymətləndirmə bölməsinin rəisi Dina Sokolovskaya dəqiqləşdirib ki, qızıl dəyərləndirmə “valyutası” kimi Moskva ilə məsləhətləşmələrdən sonra seçilib.

 

“Milli Bankla, Moskvanın Mərkəzi Bankı ilə məsləhətləşdikdən, bu mövzuda Maliyyə Nazirliyi, Milli Statistika Komitəsi ilə müzakirələrdən sonra bu qərara gəldik ki, qızıl investisiya üçün ən universal alətdir, ona görə də bütün ziyanın qızıla çevrilməsində məna var”, – o, izah edib.

 

Belarusun tələbi dünyanın bütün ölkələrinin ümumi qızıl ehtiyatlarından çoxdur.

 

2022-ci ilin dekabr ayında Beynəlxalq Valyuta Fondu bu ehtiyatları 33 min ton civarında dəyərləndirib, bunu “Moscow times” qəzeti yazıb.

 

Ən çox qızıl ehtiyatı olan ölkələr aşağıdakllardır:

 

ABŞ – 8, 1 min ton

Almaniya – 3, 3 min ton

İtaliya – 2, 4 min ton

Fransa – 2, 4 min ton

Rusiya – 2, 3 min ton.

 

Üstəlik, nəşr qeyd edir ki, Belarusun ziyanın dəyərləndirilməsi bəşər tarixində çıxarılan qızılın 23 faizinə ekvivalentdir. ABŞ Geologiya Xidmətinin məlumatına görə, bu, 187 min ton təşkil edir.

Mənbə

Share: