İkinci güclü zəlzələ oldu: Bakıda da hiss edildi

Bu gün Şamaxıda zəlzələ olub.

Millətin Səsi.az  xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, zəlzələ bir çox rayonlarda hiss olunub:

“Zəlzələ yerli vaxtla saat 16:46-da Pirquludan 20 kilometr cənubda, Şamaxı ərazisində baş verib. Maqnitudası 5,1, dərinliyi isə 42 kilometr olub”.

***

Azərbaycanda gün ərzində ikinci dəfə zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, 4,5 bal gücündə yeraltı təkanlar yerli vaxtla saat 16:48-də Pirqulu seysmoloji stansiyasından 14 kilometr cənubda qeydə alınıb.

Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bala qədər hiss edilib.

Bundan əvvəl yerli vaxtla saat 16:46-da Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda – Şamaxı rayonu ərazisində yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin maqnitudası 5,1 olub. Ətraf rayonlarda isə 4,3 bal hiss olunub.

Share: